Çərşənbə , İyun 10 2026
azfa

İran rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələr məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti və laqeydliyi nəticəsində Güney Azərbaycanda tarixi abidələr uçıb dağılmaqdadır. Artıq Ərdəbil şəhərində yerləşən tarixi Molla Hadi hamamı dağılmaq üzrədir.

Şəhərin Ala Qapı meydanının Molla Hadi küçəsində yerləşən hamam Qacarlar dövrünə aiddir və 11194 qeydiyyat nömrəsi ilə ölkənin mədəni irs əsərləri siyahısına salınıb. Lakin həmin tarixi hamamın siyahıya alınması da heç bir nəticə verməyib. Abidənin yenidən qurulması, qorunması üçün heç bir addım atılmayıb.

Tarixi hamam qadınlar və kişilər bölməsindən ibarətdir. Hazırda rejimin qəsdən laqeydliyi üzündən tarixi abidə dağılmaqdadır.

10 il öncəyə kimi kişilər bölməsi işlək vəziyyətdə olan hamam hazırda hasara alınıb.

Bundan öncə Mədəni İrs Təşkilatının rəhbərlərindən olan və hamam üzərində paya sahib Hacızadə adlı şəxs hətta öz yaxınları ilə birlikdə tarixi tikilini sökməyə qərar vermişdi. Lakin azərbaycanlı mədəni irs fəallarının etirazları nəticəsində onun bu istəyi baş tutmayıb.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …