Çərşənbə , Noyabr 18 2026
azfa

150 qəbilə PKK terror təşkilatına qarşı birləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin terrorçulardan təmizlədiyi Suriyanın Ras əl-Ayn şəhərində 150 qəbilə bir araya toplaşaraq iclas keçirib.

Min nəfərin iştirak etdiyi toplantıda YPG/PKK-nın bölgədəki sabitliyi pozma səyləri, Bəşər Əsəd rejiminin mülki şəxslərə qarşı artan hücumları və İranın Deyr əz-Zorda tətbiq etdiyi siyasətə qarşı birgə hərəkət etmək barədə qərar verilib.

Qeyd edək ki, sonuncu dəfə qəbilələrin toplantısı 2018-ci ildə keçirilmişdi.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …