Bazar , Noyabr 29 2026
azfa

İran sanksiyalar və hücumlardan qaçmaq üçün zənginləşdirməni azaldacağını bildirir

GADTB: “The Telegraph”ın yazdığına görə, İran hakimiyyəti uranın zənginləşdirilməsi səviyyəsini 60 faizdən 20 faizə qədər azaltmağa hazır olduğunu bildirib. Mənbələr bildirir ki, bu addımın məqsədi Britaniya tərəfindən BMT sanksiyalarının yenidən tətbiq edilməsinin qarşısını almaq və eyni zamanda ABŞ və İsrailin mümkün hərbi zərbələri riskini azaltmaqdır.

Məlumata görə, prosesə Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Əli Laricani rəhbərlik edir. Onun əsas vəzifəsi İranın ali rəhbərliyini nüvə proqramı ilə bağlı güzəştlərə razı salmaq və beynəlxalq gərginliyi azaltmaqdır.

Qərb kəşfiyyat agentlikləri xəbərdarlıq edirlər ki, İran əvvəllər gizlədilən ehtiyatlarını açıqlamasa, təklif olunan güzəştlərin reallığı və şəffaflığı sual altında qalır. Məqalədə qeyd olunur ki, Tehran zənginləşdirməni azaltsa belə, onu əvvəlki səviyyəyə qısa müddətdə bərpa etmək üçün texniki imkanlara malik deyil.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …