Çərşənbə , Aprel 17 2024
azfa

İran saytları Azərbaycan Prezidenti ilə yanaşı Pişəvərini də təhqir edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran saytları Azərbaycan Prezidenti ilə yanaşı Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərini də təhqir ediblər.

İranın “Fars News” saytı Azərbaycan Milli Hökumətinin başçısı Cəfər Pişəvəriyə qarşı təhqiramiz ifadələr işlədib: “Azərbaycana qarşı ən məşhur xainin aqibəti / Gic və başdan xarab Cəfərxan kim idi?”

“Cəfər Pişəvəri – Azərbaycan tarixinin müəyyən bir dövründə 1-ci dərəcəli xain lazım olduğu vaxt qəflətən peyda oldu və elə bir iş gördü ki, heç bir ağlı başında olan iranlı bunu etməzdi; O, Azərbaycanı İrandan ayırmaq İstəyirdi. Axırı nə oldu?”

Amma Seyid Cəfər Pişəvərinin xidmətlərini xatırlatmaq yerinə düşər: Azərbaycan üçün kilometrlərlə avtomobil yolu, Təbriz hava limanı, Təbrizdə Azərbaycan radiosu, elektrik enerjisi stansiyaları və qaz boru kəmərləri, Azərbaycan şəhərlərində park və küçələr, Azərbaycan kəndlərində 3 minə yaxın məktəbin tikintisi, azərbaycanlılar üçün ibtidai təhsilin pulsuz və icbari təhsilin rəsmiləşdirilməsi, türk dilində dərsliklərin hazırlanması, cəmiyyətin imkansız təbəqəsi üçün sosial təminat sisteminin yaradılması, torpaq islahatı haqqında qanunun, əmək və ticarət haqqında qanunun qəbulu və icrası, qadınlara qaşı ayrıseçkiliyi qadağan edən qanunun qəbulu və həyata keçirilməsi, qadınların səs (seçmək və seçilmək) hüquqununun təmin edilməsi, edam cəzasının ləğvi və s.

Ancaq sizin Azərbaycana xidmətlərinizin bölgə əhalisinin əksəriyyəti üçün yoxsulluq və fəlakət, Urmu gölünün yox edilməsi, yeraltı sərvətlərin talan edilməsi və Azərbaycana verilən payın yalnız yoxsulluq və ekoloji çirklənmədən ibarət olmasıdır. Su böhranı və yeraltı suların azalması, Azərbaycan sənayesinə sərmayə qoyulmaması- nümunə üçün 40 il ərzində Azərbaycan və Təbrizin sənayesinə sərmayə qoyulmayıb. Traktor və maşınqayırma sənayesi Pəhləvi dövrünə aiddir. Şərqi Azərbaycan əyalətinin Ehtiyat hissələri və  istehsalçıları birliyinin rəhbəri etiraf edir ki, İranın digər bölgələrində istehsala başlamaq üçün Azərbaycandakı istehsal konveyerinə möhür vuraraq bağladılar. Hələ, dəmir yolu xətti Ərdəbilə çatmayıb və buranın əhalisi qeyri-standart və geridə qalmış yollarda qətliam edilir. Azərbaycan, əhalisinin İranın mərkəzi hissələrinə ən çox köçən bölgədir.

Siz Ərəb Körfəzini- Oman dənizini çinlilərə bağışlamaqla  su mənbələrini qarət edərək dünya qaz bazarını ruslara və qaz yataqlarını Qətərə təqdim etdiniz”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …