Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

İran və “Hizbullah” dronlarla İordaniyaya narkotik qaçaqmalçılığına davam etdirirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən məlumata görə, Rusiyanın Suriyadakı qüvvələrini təxliyə edərək Ukraynaya daşıması ilə İran və onun əlaltısı Hizbullah hər zamankı “bizneslərini”, yəni uyuşdurucu maddə qaçaqmalçılığını daha da genişləndiriblər. 

Artıq Suriyanın cənubundakı mövqelərini gücləndirməyə başlayan İran qüvvələri burada narkotik istehsal edən laboratoriyalar açıblar.

İstehsal edilən uyuşdurucu maddələr həm Suriya daxilində satılır, həm də qaçaq yolla İordaniyaya, oradan isə körfəz ətrafında yerləşən varlı ərəb ölkələrinə daşınır. 

Bununla bağlı İordaniya ordusunun yaydığı məlumatda bildirilir ki, cari il ərzində Suriya ilə sərhəddə 34 narkotik qaçaqmalçısı öldürülüb. Məlumatda, habelə qeyd edilir ki, İran və “Hizbullah” qruplaşması narkotik qaçaqmalçılığında insansız uçaqlar da daxil olmaqla qabaqcıl hərbi vasitələrdən istifadə edirlər. 

İordaniya ordusu əlavə edir ki, artıq İran və “Hizbullah”ın bu ölkəyə uyuşdurucu maddə qaçaqmalçılığı hər gün baş verir. Elə bu gün aralarında “Hizbullah”ın narkotik qaçaqmalçılığı üzrə məsul şəxsi olan yüksək rütbəli üzvü də daxil olmaqla 4 nəfər sərhədi qanunsuz olaraq keçməyə çalışarkən atışma nəticəsində İordaniya ordusu tərəfindən öldürülüb. 

Bu işdə Suriya ordusunun 4-cü qoşununun komandanı, Bəşər Əsədin qardaşı Mahir Əsəd də iştirak edir və Suriya rejimi hər il uyuşdurucu maddə qaçaqmalçılığından milyardlarla dollar gəlir əldə edir.

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …