GADTB: Ermənistanın İrandakı səfiri Arsen Avakyan bu gün Əhvaz şəhərində “Şəhid Çəmran” Universitetinin rektor və akademik heyəti ilə keçirilən elm və təhsil əlaqələrinin inkişafı ilə bağlı görüşdə deyib: “İran-Ermənistan münasibətlərində universitetlərarası və akademik əlaqələrin özünəməxsus yeri var”.
Nə yaxşı ki, İran və Ermənistan universitetləri arasında əlaqələrin qurulmasına çoxlu müsbət nümunələr var. Bu sahədə ondan artıq memorandum imzalanıb ki, bu da iki ölkənin professor və alimləri arasında universit etlərarası və akademik əməkdaşlığın bariz sübutudur. Bugünkü görüşün fərqli xüsusiyyəti Ermənistan-İran diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf etməsidir”.
Erməni səfir habelə iddia edib: “İran və Ermənistan arasında əlaqələrin tarixi zəngindir. Bu da ikitərəfli münasibətlər üçün perspektivlidir”./Azad İran