İran və Ermənistanla enerji sahəsində əməkdaşlığı gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Enerji naziri Rza Ərdəkanian Ermənistanın İqtisadiyyat nzairiVahan Kerobyanla görüşüb.

Tehranda baş tutmuş görüşdə tərəflər bölgədəki son durumu və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İranın Enerji naziri Rza Ərdəkanian ölkələrarası üçüncü elektrik xəttinin tamamlanması məsələsinə də münasibət bildirib. İran rəsmisi pandemi səbəbindən işlərin yarımçıq qaldığını, ancaq xəttin qısa zamanda istifadəyə veriləcəyini açıqlayıb.

Həmçinin İranın Enerji naziri ikitərəfli ilgilərin gəlişməsindən, eləcə də Araz çayının çirklənməsi problemindən söz açıb. Rza Ərdəkanianın sözlərinə görə, Ermənistan Araz çayının ekoloji çirklənməsi məsələsinə həssaslıqla yanaşmalı və bu yöndə lazımi tədbirlərin icrasını diqqətdə saxlamalıdır.

Həmçinin yoxlayın

Molla rejimi Əlireza Fərşiyə qarşı 8 ay həbs cəzasını təsdiqləyib

GADTB: Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi azərbaycanlı fəal Əlirza Fərşiyə qarşı 8 aylıq həbs …

Sayın Mikayil bəy Oyta, Sara xanım Azərsun və Elvin bəy Oyta Sidneydə Türkiyənin 23 April çocuk bayramında- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 5-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …