Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranda etirazların yatırılması nəticəsində ölənlərin sayı 7000-ə çatıb

GADTB: İnsan haqları təşkilatı HRANA İranda etirazların yatırılması zamanı vəziyyətlə bağlı yenilənmiş məlumatları açıqlayıb.

11 fevral tarixinə olan məlumata görə, etirazların başlamasından və rejimin basqılarından bəri təsdiqlənmiş ölüm faktlarının sayı 7002-yə çatıb.

Bunlardan 6722-si etirazçı, 214-ü İslam Respublikasının təhlükəsizlik xidmətlərinin üzvləri, qalan 66-sı isə etirazlarda iştirak etməyən mülki şəxslər olub.

Təşkilatın məlumatına görə, daha 11730 iş üzrə araşdırma aparılır.

HRANA həmçinin qeyd edir ki, itkilərin sayı 25.022 nəfərə çatıb.

Eyni zamanda, rejim etirazçıları həbs etməyə davam edir və hazırda bu rəqəm 52.941-dir.

Həbs olunanlar arasında universitet tələbələri və professorları, həmkarlar ittifaqı üzvləri və siyasi xadimlər də var.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …