Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı milli fəal Yuruş Mehrəlibəyli ağır şəraitdə həbsdə saxlanılır

GADTB: Azərbaycanlı milli fəal Yuruş Mehrəlibəylinin saxlanılmasından bir ay ötür. Son əldə olunan məlumata görə, o, Təbriz həbsxanasının xüsusi bölməsində ağır və çətin şəraitdə saxlanılır.

Yuruş Mehrəlibəyli dəfələrlə həbs edilib, işgəncələrə məruz qalıb, aclıq aksiyalarına qatılıb və son olaraq əsassız ittihamlarla 10 il həbs cəzası alsa da, hazırda hansı səbəblə saxlanıldığı açıqlanmır. Bildirilir ki, onu Təbrizdən Culfa istiqamətində gedərkən saxlayıblar; lakin bu barədə nə rəsmi açıqlama, nə də izahat verilib.

Onun saxlanılmasının vaxtı isə diqqət çəkir: etiraz aksiyalarının başlaması ərəfəsində baş verib. Bu da rejimin türk millətindən, Azərbaycan xalqından və onun ictimai-siyasi liderlərindən qorxduğunu və həssas dövrlərdə onları nəzarət altında saxlamaq istədiyini göstərir.

Eyni şəkildə, Əli Babayi də artıq həftələrdir heç bir açıqlama verilmədən saxlanılır. O da indiyədək öz xalqının hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə həbs və işgəncələrə məruz qalıb.

Məlumata görə, hazırda onlarla Cənubi Azərbaycanlı siyasi məhbus saxta ittihamlarla rejimin həbsxanalarında saxlanılır. Mənbələr bildirir ki, bu cür təzyiqlərlə türk fəallarının iradəsini sındırmaq və Azərbaycan milli hərəkatına mane olmaq mümkün olmayacaq.

“Çağlayan bulağı palçıqla dayandırmaq, işıq saçan günəşi çamurla örtmək olmaz” ifadəsi ilə vurğulanan bəyanatda, rejimin zindanlarında dirəniş göstərən siyasi məhbuslara dəstək mesajı verilib.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …