Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranda milyardlarla dollarlıq neft qalmaqalında məmur övladlarının adı hallanır

GADTB: İranda təxminən 11 milyard dollarlıq neft gəlirinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiya gündəmə gəlib.

 “Iran International”ın məlumatına görə, sxemdə yüksək vəzifəli dövlət və təhlükəsizlik rəsmilərinin övladlarının da iştirak etdiyi bildirilir. Məsələ İran parlamentinin iqtisadi komissiyasının üzvü Hüseyn Səmsaminin açıqlaması ilə alovlanıb.

Millət vəkili sxemin əsas iştirakçılarından biri kimi Hüseyn Ağayarinin adını çəkib. Məlumata görə, onun nəzarətində olan şəbəkədə Əli Şəmxaninin ailə üzvü və yüksək vəzifəli şiə ruhanisi Müctəba Bormehenin oğlu da daxil olmaqla bir sıra tanınmış şəxslərin övladları yer alıb.

Ağayarinin nəzarətindəki şirkətlər 40 neft tankeri əldə edib və sonradan beynəlxalq bazarlarda satmaq məqsədilə təxminən 90 milyon barel xam neft alıblar. Ancaq həmin neftdən əldə olunan gəlirin dövlət büdcəsinə qaytarılmadığı vurğulanır.

“Iran International” Ağayarinin adının sxemin arxasındakı əsas şəxsləri gizlətmək məqsədilə önə çıxarıla biləcəyini açıqlayıb.

Şəbəkəyə faktiki olaraq İran ETTELAAT Nazirliyi nəzarət edir və onun rəhbəri kimi Energetika Nazirliyində “Şayan” ləqəbi ilə tanınan yüksək vəzifəli məmurun adı çəkilir./Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …