Bazar , Avqust 16 2026
azfa

Fars şovinistlərinin Xəzər dənizinin adını dəyişdirmək üçün yeni kampaniyası

GADTB: Şovinist farslar “Xəzər dənizinin tarixi adının bərpası” adlı internet kampaniyasına start veriblər. “Milli Xəzər dənizi kampaniyası” həştəqi ilə aparılan bu təşəbbüs İranda Xəzər dənizinin adı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

“Xəzər” adı tarixən Qafqazın, Xəzərin şimalının və Şərqi Avropanın bəzi ərazilərində bir neçə əsr hökm sürmüş, türk əsilli tarixi Xəzər xalqının adından götürülüb. Bu dəniz Azərbaycan türkcəsində “Xəzər dənizi” adlanır və İran İslam Respublikasının rəsmi sənədlərində də əsasən “Xəzər dənizi” adı işlədilir.

Azərbaycanlı tənqidçilərin fikrincə, bəzi fars millətçi cərəyanlarının “Xəzər” adını “Kaspi” və ya “Mazandaran” adları ilə əvəz etmək cəhdləri yalnız coğrafi ad seçimi məsələsi deyil. Onlar bu təşəbbüsü türklərin tarixi ilə bağlı izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə əlaqələndirirlər.

Bu həssaslığın uzun tarixi var. Daha əvvəl keçirilmiş kampaniyalardan birində də Xəzərlər açıq şəkildə “işğalçı və antiiran xalq” kimi təqdim edilmiş, onların adının bu dənizdən silinməsi tələb olunmuşdu. Bu cür ifadələr kampaniyanın kimlik və millətçi mahiyyətini ortaya qoyur.

Mübahisənin İranın müharibə, genişmiqyaslı iqtisadi böhran, enerji, sosial və məişət problemləri ilə üzləşdiyi bir vaxtda yenidən gündəmə gəlməsi ciddi sual doğurur: hazırkı şəraitdə fars millətçi cərəyanlarının, yaxud özlərinin ifadəsi ilə “İranşəhri” düşüncəsinin ölkə əhalisi üçün əsas prioriteti həqiqətən Xəzər dənizinin adını dəyişdirməkdirmi?

Bu vəziyyət, eyni zamanda, fars şovinist cərəyanlarının türklərə qarşı düşmən münasibətinin davam etdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Ərdəbildə döymə mərkəzləri möhürləndi, məsul şəxslər saxlanıldı

GADTB: Ərdəbil şəhər prokurorluğunun göstərişi ilə şəhərdə fəaliyyət göstərən bir neçə döymə (tatu) xidmət mərkəzi …

Üç azərbaycanlı fəal qeyri-müəyyənlik vəziyyəti həbsdə saxlanılırlar; Əsgər Əkbərzadə və Əli Vasiqinin saxlanma bölməsi dəyişdirilib

GADTB: Azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi həbs olunmalarından 48 gün keçməsinə …