Cümə , Yanvar 21 2022
azfa

İranın Azərbaycandakı səfirliyi etirazlardan sonra Azərbaycan adı ilə bağlı Twitter səhifəsini dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfirliyi ölkənin rəsmi adı ilə bağlı “Azərbaycan” əvəzinə “Bakı” adından istifadə etməsinə sosial şəbəkələrdə etiraz və təpkidən sonra Twitter səhifəsinin başlığını dəyişdi.

Artıq İranın Azərbaycandakı səfirliyi Twitter səhifəsində başqa ölkələrdəki səfirliklərində olduğu kimi “İranın Azərbaycandakı Səfirliyi” ifadəsi yazılıb.

İran rejimi Azərbaycan adı və simvollarından o qədər qorxur ki, başqa ölkələrdəki səfirliyinin sosial şəbəkələrində həmin ölkənin adı və bayrağı İran bayrağı ilə birlikdə əks etdirilir. Lakin Azərbaycandakı səfirliyin səhifəsində yalnız İran bayrağı var və Azərbaycan bayrağı əks etdirilməyib.

Qeyd edək ki, İslam Respublikasının müxtəlif ölkələrdəki səfirliklərinin Twitter səhifələrində səfirliyin olduğu ölkənin adından istifadə edildiyi halda, İranın Azərbaycandakı səfirliyi isə öz Twitter hesabında “İranın Bakıdakı səfirliyi” ifadəsini işlətmişdi. Halbuki, Azərbaycan istisna olmaqla, İranın Ermənistandakı səfirliyinin Twitter səhifələri “İranın Ermənistandakı səfirliyi”, Gürcüstanda “İranın Gürcüstandakı səfirliyi” və Türkiyədə “İranın Türkiyədəki səfirliyi” və s… adı ilə fəaliyyət göstərir.

Habelə Azərbaycandan başqa, İranın digər ölkələr üzrə səfirliyinin Twitter səhifələrində də İran bayrağı ilə yanaşı həmin ölkələrin dövlət bayraqları da nümayiş etdirilir. İranın yeganə həssaslığı isə Azərbaycanın müqəddəs bayrağıdır.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …