Şənbə , Aprel 27 2024
azfa

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə tədarükünü həyata keçirən 2 tankerini saxlayıb.

Bu məlumatı “Cakarta Post” yayıb. Saxlanan “Horse” və “Freya” tankerlərinin İran və Panama bayraqları altında üzdüyü bildirilib.

İndoneziya rəsmiləri hazırda məsələ ilə bağlı araşdırmanın aparıldığını və ekipaj üzvlərinin dindirildiyini açıqlayıb.

İnsidentin Cənubi Koreyanın “Hankok Çemi” tankerinin İran tərəfindən azad olunması üçün etdiyi cəhdlərin uğursuzluğa düçar olmasından sonra baş verməsi diqqət çəkib.

Qeyd edək ki, bundan öncə İran Səudiyyə Ərəbistanından BƏƏ-yə gedən Cənubi Koreya tankerini saxlayıb. Cənubi Koreya mətbuatı İranın bununla ABŞ sanksiyaları ucbatından Cənubi Koreyada dondurulmuş 7 milyard dolları geri qaytarmağa çalışdığını yazıb. Tərəflər hər iki mövzu ilə bağlı uzun müddət danışıqlar aparsalar da, uğur əldə edə bilməyiblər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …