Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın erməni sevgisi; İran xarici işlər naziri ermənilərilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri yeni il münasibəti ilə İranda erməni icmasının rəhbərləri ilə görüşüb.

İranda yaşayan bir qrup erməni ilə görüşdə Hüseyn Əmir Abdullahian, hökumətin İranda ermənilərin vətəndaşlıq hüquqlarına dəstəyini davam etdirdiyini vurğulayıb.

Tehranın erməni yepiskopu Sopuh Sarkisyana müraciət edən Əmir Abdullahian deyib: “İranın ermənilərə diqqəti davam edəcək”.

Qeyd edək ki, İranda yaşayan türklər, ərəblər, kürdlər, bəluçlar və digər çoxsaylı millətlərlə müqayisədə cəmi 100 minə yaxın erməni əhalisinin olmasına baxmayaraq, ermənilər bütün vətəndaşlıq hüquqlarından yararlanırlar.

Azərbaycan Ordusunun Ermənistana qarşı 44 günlük Qarabağ müharibəsində qələbə çalmasından sonra İslam Respublikası Ermənistanla, həm də İranda yaşayan ermənilərlə əlaqələrin genişləndirilməsi siyasətini gündəmə gətirib.

Həmçinin yoxlayın

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …