Cümə , Dekabr 27 2024
azfa

İranın ETTELAAT qüvvələrinin azərbaycanlı milli fəallara qarşı basqıları

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının həbsdə olan fəalları Cavad Sudbər və Əli Babayiyə qarşı psixoloji təzyiq göstərir.

Rejimin məmurları azərbaycanlı fəalları televiziya kamerası qarşısında məcburi etiraf almaq üçün psixoloji basqılara məruz qoyur.

Azərbaycanlı fəalların azadlığa buraxılmaları qarşılığında onlardan əməkdaşlıq etmələri tələb olunur.

Molla rejimin ETTELAAT qüvvələrinin bu qeyri-etik və qanunsuz tələbi azərbaycanlı fəalların kəskin müqaviməti və etirazı ilə qarşılaşıb. Onlar bu çirkin və qeyri-insani hərəkətə kəskin mənfi reaksiya göstəriblər.

Azərbaycanlı fəalları bu qeyri-qanuni tələbə təslim etmək üçün, rejimin ETTELAAT İdarəsi Əli Babayinin sağlıq vəziyyəti ilə bağlı heç bir məlumat verilməyəcəyini və hələlik onun öz ailəsi və yaxınları ilə telefonla əlaqəsinin qadağan edildiyini açıqlayıb.

Artıq Əli Babayi 60 günə yaxındır ki, ailəsi və yaxınlarına zəng etmək hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …