Bazar , Oktyabr 18 2026
azfa

İranın fars hakimiyyəti Türkiyə və Azərbaycanın varlığına dözə bilmirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın dars hakimiyyəti Türkiyə və Azərbaycanı və ümumiyyətlə türk varlığına özlərinə təhdid kimi görürlər.

Molla rejiminin hüquqşünaslarından Ərdəvan Əmiraslani “Şərq” qəzetinə müsahibəsində Türkiyə və Azərbaycanın varlığını özlərinə təhdid kimi dəyərləndirərək, deyib ki, İran düşmənləri tərəfindən mühasirəyə alınıb.

İranlı hüquqşünas Türkiyənin bölgədəki nüfuzundan narahatlığını ifadə edib:

“İlham Əliyevin Azərbaycanı, Səudiyyə Ərəbistanının dəstəklədiyi Əfqanıstan və Pakistanda olan Taliban qruplaşması, Körfəz ölkələri, qeyri-sabit vəziyyətdə olan İraq və Türkiyə tərəfindən mühasirəyə alınmışıq. Bölgədə Ərdoğanın panturanizminin hədəfləri tamamilə məlumdur. Türklər və Osmanlılar tarix boyu bizə düşmən olublar. Ərdoğan İranın şimalı, Qafqaz və Orta Asiya türklərini dəstəkləməklə onların siyasi, iqtisadi və hərbi rəhbərinə çevrilmək istəyir. Onun Azərbaycanın Ermənistana hücumunu və Qarabağın üçdə ikisinin ələ keçirilməsini dəstəkləməsi də bu məqsədlə olub”.

Ərdəvan Əmiraslani bölgə ölkələrinin İranla düşmənçiliyinin səbəbləri, münasibətlərin soyumasında İranın rolu barədə fikir bildirməyib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …