Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi bəbs etdiyi azərbaycanlı həkimin ailəsilə telefon əlaqəsinə qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Kərəcdə həbs etdiyi azərbaycanlı həkim Həmid Qarahəsənliyə ailəsilə telefon əlaqəsinə qadağa qoyub

Azərbaycanlı həkimin səs yazısı yayıldıqdan sonra onun qanunla təmin edilməli olan yaxınları ilə telefon danışığı hüququ həbsxana gözətçiləri tərəfindən əlindən alınıb.

Məlumata görə, digər məhbuslara da xəbərdarlıq edilib ki, Həmid Qarahəsənliyə ailəsi ilə əlaqə saxlamağa kömək etsələr, sərt şəkildə cəzalandırılacaqlar.

Qeyd edək ki, bir neçə gün əvvəl azərbaycanlı həkim keçən il etirazlarda iştirak edərkən guya repressiv Bəsic qüvvələrinin üzvünü qətlə yetirməsi ilə bağlı saxta ittihamla cəzasını sürgündə çəkməklə İran məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edildiyinə dair qərar təsdiq edilib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …