Cümə , Dekabr 27 2024
azfa

İranın istəyi ilə Ermənistan Təbrizdə baş konsulluq açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 27-də İrəvanda səfərdə olan İran Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyan erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirərkən Təbrizdə Ermənistan baş konsulluğunun açılacağından danışıb.

Onun bildirdiyinə görə, konsulluğun açılması yeni miladi ilin ilk həftələrində, yəni 2024-cü ilin yanvar ayında baş tutacaq.

Bu münasibətlə Ararat Mirzoyanın da Təbrizə gedəcəyi və baş konsulluğun açılışında Əmir-Abdullahiyanla birgə iştirak edəcəyi gözlənilir.

Təbrizdə Ermənistan baş konsulluğunun yaradılacağı 2022-ci ilin oktyabrında Azərbaycan-İran münasibətlərinin çox gərgin olduğu bir zamanda İranın Qafanda baş konsulluğu açılarkən elan olunmuşdu. Həmin tədbirdə çıxış edən Hüseyn Əmir-Abdullahiyan: “Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirik” – söyləmişdi, İranın Qafandakı baş konsulu Abedin Vəramin isə: “Qafan sakinləri narahat olmasın, biz burdayıq” – deyə, açıqlama vermişdi.

Bütün bunlar qarşılıqlı konsulluq qurulmasının bilavasitə Azərbaycan Respublikasına qarşı demarş olduğunu göstərirdi.

İndi Təbrizdə Ermənistan konsulluğunun açılışına icazə verməklə, İran hakimiyyəti istər Azərbaycan Respublikasına, istərsə də Güney Azərbaycana açıq düşmənçilik mesajı çatdırmaq, eyni zamanda Ermənistanın yanında olduğunu bir daha bəyan etmək istəyir.

Qeyd edək ki, Təbrizdə Ermənistan konsulluğunun açılması yeni ideya deyildir. Hələ 2007-ci ilin dekabrında İran hökuməti Xarici İşlər Nazirliyinin təklifi əsasında Təbrizdə Ermənistan baş konsulluğunun açılmasına icazə verilməsi barədə qərar qəbul etmişdi. Lakin sonradan Güney azərbaycanlıların etirazları nəticəsində bu məsələ reallaşmamışdı.

İndi yenə söz Təbrizindir!/ Azad İran

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …