Çərşənbə , Aprel 22 2026
azfa

İranın Məhkəmə Sisteminin sədri etirazçı əhalini hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Məhkəmə Hakimiyyətinin rəisi Qulamhüseyn Mohseni Ejei etiraz edən xalqı hədələyərək, bildirib ki, “xalqın və cəmiyyətin hüzurunu pozanlar”a qarşı “qanuni” qabaqlayıcı tədbirlər görüləcək.

O, Məhkəmə Sisteminin bütün gücü ilə ərzaq məhsullarının dəfələrlə bahalaşdırılması yönündə verdiyi qərarla bağlı dövləti dəstəklədiyi və onun köməkçisi olduğunu deyib.

Ejei əlavə edib ki, rəhbərlik etdiyi qurum da daxil olmaqla bütün hərbi, polis və əmniyət orqanları “xalqın güzəranının yaxşılaşmasına xidmət edən iqtisadi islahatlar”ın icra edilməsi üçün “lazım olan” bütün tədbirləri görməlidir.

Qeyd edək ki, İranda yalnız 6 sinif dini təhsili olan prezident İbrahim Rəisinin hökumətinin iqtisadi islahatlar adlandırdığı qərarların qəbul edilməsi ilə, demək olar ki, bütün növ zəruri ərzaq mallarının qiyməti dəfələrlə qalxıb. Bu isə İranın əksər bölgələrində xalq etirazlarına rəvac verib.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …