Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

İranın yaxaladığı azərbaycanlı milli fəal Vədud Əsədi Rəşt zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi Gilan əyalətinin Rəşt şəhərinin zindanına köçürülüb.

Azərbaycanlı fəal Vədud Əsədi ailəsi ilə qısa müddətli telefon danışığı zamanı deyib ki, noyabrın 22-də ETTELAAT İdarəsinin təcridxanasından Gilanın Rəşt şəhərinin 2 saylı zindanına köçürüldüyünü bildirib.

Əsədinin yaxınarı noyabrın 23-də Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı bölməsinə müraciət etdiklərini, prokurorun onlara qarşı kobud davrandığını və fəalın girov qarşılığında sərbəst buraxılması müraciətinə təhlükəsizlik idarəsindən dindirmənin nəticəsini almadığı bəhanəsi ilə mənfi cavab verdiyini deyiblər.

Hələlik Rəşt şəhərinin prokurorluğu və məhkəməsindən azərbaycalı milli fəala qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib.

Qeyd edək ki, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …