Bazar , Dekabr 29 2024
azfa

İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı

GADTB: İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək.

“The Washington Post” qəzeti yazır ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.

Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar.

“Razılaşma tam yerinə yetirilərsə, bu, Moskvanın Ukraynadakı savaşına artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi deməkdir”, – nəşr yazıb.

Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra dəqiq idarə olunan sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər, habelə İran üçün əhəmiyyətli iqtisadi və siyasi qəzanc verir. Tehran Ukrayna ilə münaqişədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus dronların Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub./ Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …