Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi son etirazlar zamanı ən azı 419 nəfəri güllələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi son etirazlarda ən azı 419 nəfəri güllələyib və bu rəqəm durmadan hər gün artmaqdadır.

İran İnsan Haqları Təşkilatının noyabrın 21-i səəhər satlarına yaydığı məlumatda 17 sentyabr-20 noyabr tarixlərində İranda davam edən etirazlar zamanı 60-ı uşaq olmaqla 419 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 17451 nəfərin həbs edildiyi, onlardan 3024-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 540 nəfərinin öyrənci olduğu qeyd edilib.

Habelə bu müddət ərzində 155 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 142 universitetin öyrənciləri etirazlara dəstək verib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …