İranla Rusiyanın 20 illik anlaşması: “Suxoy” və “S-400” qarşılığında mühüm neft-qaz razılaşmaları imzalandı?

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, bir müddət öncə Xəzər dənizində İran tərəfindən qaz yatağının işlənilməsinin Rusiyaya verdildiyini bildirən “Oil Price” xəbər saytı bu dəfə İran və Rusiya arasındakı 20 illik müqavilənin detalları haqqında məlumat yayıb.

Məlumatda bildirilib ki, müqavilədə İran tərəfi Rusiyadan “Suxoy” qırıcıları və “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması müqabilində ona bir sıra imtiyazlar verib.

Qeyd edək ki, “Oil Price” saytı daha öncə “İranla Rusiya arasındakı 20 illik müqavilə” haqda məlumatlı bir mənbəyə istinadən xəbər verib ki, İranın Çalus qaz yatağında Rusiya və Çin şirkətlərinə böyük pay verilib. Hətta Rusiyanın yüksək vəzifəli rəsmisi də sözügedən sayta açıqlamasında ölkəsinin Çalus qaz yatağının kəşfiyyat işlərində ən böyük payı əldə edə bildiyini qeyd edib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …