Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi əlaltıları vasitəsilə Azərbaycanda tarixi türk toponimlərini təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycandan türk izini silib, Azərbaycan həqiqətlərini təhrif etmək və Azərbaycanı kürdləşdirmək məqəsdilə tarixi türk toponimlərini dəyişdirməyə davam edir.

Son günlər rejim Xoy şəhərinə təyin etdiyi qubernatoru vasitəsilə Güney Azərbaycanın Xoy bölgəsində tarixi Kürdaşı kəndinin adını dəyişib, təhrif edərək Kürdneşin (farsca kürdlər yaşayan yer) şəklində yazmışlar.

Lakin hətta xaricdə yüz illər öncə hazırlanan xəritələrdə də həmin kəndin adı Kürdaşı kimi qeyd edilib. Misal üçün Berlindəki 1854-cü ildə hazırlanmış Kipertin xəritəsində, eləcə də 1860-cı ildə hazırlanmış “Kaspické moře” xəritəsində həmin kəndin adı latin hərfləri ilə Kürdaşı şəklində yazılmışdır.

Göründüyü kimi İranın Antiazərbaycan rejimi Azərbaycandan türk izini silib və bölgəni kürdləşdirməklə Azərbaycanda yeni “Kürdüstan” yaratmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …