Şənbə , İyun 13 2026
azfa

İraq kürd bölgəsinə beynəlxalq uçuş qadağasının müddətini 2 ay da uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata gör, İraq hökuməti Kürd Muxtariyyətinə tətbiq etdiyi beynəlxalq uçuş qadağasının müddətini daha 2 ay uzadıb. Bu barədə Ərbil Beynəlxalq Hava Limanının Tvitter hesabında açıqlama yayılıb.

Qadağa 28 fevrala qədər qüvvədə olacaq. Açıqlamada daxili, diplomatik, hərbi, humanitar yardım uçuşlarına icazə veriləcəyi bildirilib.

Xatırladaq ki, İraq mərkəzi hökuməti 25 sentyabrda İraq Kürd Muxtariyyətinin qanunsuz olaraq müstəqillik referendumuna getdiyini əsas gətirərək, Ərbil administrasiyasına qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Onların arasında beynəlxalq uçuşlara qadağa da var idi. Kürdlər referandumdan əlavə türkmənlərin yaşadığı şəhər və vilayətləri də ələ keçirib, öz qanunsuz muxtariyyətlərinə qatmaq planını zor tətbiq etməklə həyata keçirirdilər.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın