Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İraq türkmanları muxtariyyət elan edə bilər

İraqda Mustafa Kazıminin yeni qurulmuş hökumətində türkman nazirin yer almaması türkman deputatların ciddi etirazına səbəb olub.

Bununla əlaqədar ölkənin türkman millət vəkilləri birgə mətbuat konfransı keçiriblər.

“Bizi məzhəblərə bölmək istəyənlər yenə uğursuz oldular. Türkman millətini təmsil edən nazir olsa və ya olmasa, bu millət əsla çökməyəcək. Kazımi ilə türkmanlara nazirliyin verilməsi məsələsində anlaşmışdıq. Ancaq İŞİD-ə qarşı çiyin-çiyinə savaşdığımız siyasi qrup türkmanlara nazirliyin verilməsini rədd etdi. Türkman elində artıq heç kəs daxili işlərimizə qarışa bilməz. Muxtariyyətin qurulması hüququ konstitusiyada var. Öz bölgəmizdə muxtariyyət elan edə bilərik. Türkman milləti on minlərlə şəhid verdi. Bütün türkman millət vəkillərimiz ciddi bir şəkildə müqavimət göstərdi. Millətimiz təşvişə düşməsin. Mübarizəmiz davam edir”, – birgə açıqlamada bildirilib.

Bundan başqa, İraq türkmanlarının lideri Ərşad Salehi də bununla bağlı yeni qurulmuş hökuməti tənqid edib: “Həmişəki kimi, İraq hökumətində türkmanlara nazirlik verilməyib”.

Qeyd edək ki, türkmanlar İraqın şimalında yaşayan türk etnosudur. Ad oxşarlığına baxmayaraq, türkmanlar Mərkəzi Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan, Anadolu türklərinə yaxın olub, Oğuz türklərinin qərb qolundandırlar. Hazırda İraqda türkman əhalisinin sayı 3 milyon civarındadır. Onlar ölkədə əhali sayına görə ərəb və kürdlərdən sonra üçüncü xalqdır.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …

Bir cavab yazın