Cümə , Aprel 17 2026
azfa

İraqda kütləvi etirazlara görə komendant saatı rejimi tətbiq edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq hökuməti ölkənin 4 cənub əyalətində komendant saatı rejimi tətbiq edib. Buna səbəb kütləvi antihökumət etiraz  aksiyaları olub.  

Bundan əvvəl komendant saatı Nəcəf şəhərində elan edilib.

Məlumata görə, komendant saatı Nəcəf, Kərbəla, Maysan və Bəsrə əyalətlərində tətbiq olunub.

Qeyd edək ki, işsizlik və kommunal sahədəki acınacaqlı vəziyyətlə əlaqədar başlayan etiraz aksiyaları bir həftə əvvəl Bəsrə liman şəhərində start götürüb. Etirazçılardan birinin ölməsi vəziyyətin gərginləşməsinə səbəb olub.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın