Çərşənbə , Dekabr 4 2024
azfa

İraqda türkmənlərə təzyiqlər artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda türkmanlarə təzyiqlər artır və onlara dövlətdə iştiraka imkan verilmir.

Buna münasibət bildirən İraq Türkmən Cəbhəsinin lideri Erşat Salihi türkmən olmayan bir İraq hökumətinin itirilmiş olacağını bildirdi.

Erşat Salihi, İraq Türkman Cəbhəsinin (İTC) 25 illiyi ilə əlaqədar Kərkükdə bir mərasimdə çıxış etdi. Salihi, Türkmanların 25 ildir İraq Türkmən Cəbhəsi altında toplaşdıqlarını və İTK-nın dünyaya üz tutduğunu bildirdi.

Türkmanlərin ölkədəki “məzhəb fitnəsinin” qarşısını alacağını vurğulayan Salihi, İraqda yeni hökumətin qurulması prosesinə də toxundu. O, yeni hökumətin qurulmasının həvalə olunan Milli Kəşfiyyatın rəhbəri Mustafa Əl-Kazimi’nin də yeni kabinetə Türkmanların da daxil edilməsinin zəruliyini bildirdi: “İraqın ərazi bütövlüyünü qoruyan türkmanlarsız bir hökumət itirilmiş olacaq”.

Qeyd edək ki, İraq prezidenti Berhem Salih Mustafa əl-Kazımiyə 9 apreldə yeni hökumətin qurulması tapşırığını verdi. Konstitusiyaya görə, Kazimi 30 gün ərzində hökuməti qurmalıdır.

Həmçinin yoxlayın

Azərbaycan və NATO əməkdaşlığı müzakirə edilib

GADTB: NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən “15-ci NATO günləri” tədbiri çərçivəsində …

Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı tunellər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı …

Bir cavab yazın