Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İraqda türkmən türkcəsi rəsmi dillərə əlavə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, İraq hökuməti Kərkükdə türkmən türkcəsini rəsmi dillərə əlavə edib.

İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, baş nazir Məhəmməd Şia es-Sudani rəsmi yazışma dilləri arasında türkmən dilinin istifadə edilməsi barədə göstəriş verib.

İraq Baş Nazirliyinin katibliyi Kərkük valiliyinə məktub göndərərək Kərkükdə rəsmi yazışmalarda yalnız ərəb və kürd dillərindən istifadə etməsini istəyib. Bu qərara Kərkükdə yaşayan türkmənlər əks reaksiya verib.

İraq Türkmən Cəbhəsi (İTC) Siyasi Bürosu baş nazir Məhəmməd Şiya es-Sudaniyə zəng edərək qərarın ləğvini istəyib.

İraq Parlamenti Türkmənlər Qrupunun yaydığı bəyanatda Kərkükdə türkmən dilinə məhəl qoyulmaması qərarının konstitusiyaya zidd olduğu və qəbul edilmədiyi bildirilib.

Türkiyə də qərarın ləğvini istəyirdi. Ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılırdı: “Qərar İraqın qurucu millətlərindən biri olan türkmənlərin əsas hüquqlarının pozur. Bu cür addımlar türkmənlərin haqq və həssaslıqlarını qulaqardına vurmaqdır. İraq  dövləti və Kərkük vilayətinin aparıcı cəmiyyəti olan türkmənlərin Kərkükdə rahat yaşamasına icazə verilmir ki, bu da xalq mədəniyyətinin qurulması səylərinə zərər verə bilər. Biz İraq hakimiyyətini bu qərarı tez bir zamanda nəzərdən keçirməyə çağırırıq”.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …