
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirini 91 gün həbsə məhkum edib.
Təbriz sakini olan azərbaycanlı fəal rejimin Təbrizdə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilərək, 91 gün həbs cəzasına məhkum edilib.
Ruzbeh Piri daha öncə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilmişdi.
Qeyd edək ki, Ruzbeh Piri qardaşı Yaşar Piri ilə birlikdə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdılar.
Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında zaminə buraxılmışlar.