İrqçi fars rejim Ərdəbildə tarixi Şeyx Səfi məqbərəsi ərazisini dağıdaraq Ərdəbilin imam cüməsinin evinədək yol çəkib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi tarixi Şeyx Səfi məqbərəsi ərazisini dağıdaraq Ərdəbilin imam-cüməsi Amilinin evinə gedən yeni yolun tikintisinə başlayıb.

Şeyx Səfiəddin Ərdəbili məqbərəsi ərazisində bir neçə hündürmərtəbəli binanın tikintisindən sonra İran rejimi bu addımla Şeyx Səfi məqbərə kompleksinin ümumdünya mədəni irs siyahısından çıxarılması məsələsini ciddi şəkildə gündəmə gətirir.

İran rejiminin Ərdəbil vilayətindəki Mədəni İrs İdarəsinin rəisi müəyyən güclərin təzyiqi ilə bu plana razılıq verib. Belə ki, Ərdəbilin imam cüməsi Amilinin evinin önünədək salınacaq yolun tikintisi şəhərin tarixi yerlərinin dağıdılması hesabına başa gələcək.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın tarixi və milli sərvətlərini dağıtmaqla, Azərbaycan tarixini və milli kimliyini məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …