Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Muxtar İbrahimini Marağa zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Muxtar (Artan) İbrahimini Marağada yerləşən zindana köçürüb.

Marağa sakini olan azərbaycanlı milli-mədəni fəalın nə səbəbə yaxaladığı barədə hələ də heç bir məlumat yoxdur. Həmçinin fəalın zaminə buraxılacağı barədə də heç bir məlumat yoxdur.

Qeyd edək ki, irqçi fars rejimin Marağadakı ETTELAAT qüvvələri avqustun 26-da  azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimini yaxalamışdı

İrqçi fars rejimin məmurları həmçinin fəalın evinə hücum edərək ona məxsus şəxsi əşyaları müsadirə edərək özləri ilə aparmışdılar.

Azərbaycanlı fəal uşaq hüquqları uğrunda mübarizəsinə görə dəfələrlə irqçi fars rejim tərəfindən təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın