
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Sulduz şəhərindən olan azərbaycanlı milli- mədəni fəal Səccad Şəhirini məhkəməyə çağırıb.
Azərbaycanlı fəala bununla bağlı rejimin Sulduz şəhərində yerləşən 2 saylı Cinayət Məhkəməsinin 103 saylı şöbəsindən elektron qaydada çağırış vərəqi göndərilib.
Çağırış vərəqində yazılıb ki, Səccad Şəhiri ona qarşı irəli sürülmüş “GAMAC”-a üzvlük və “sistem əleyhinə təbliğat” ittihamları üzeə noyabrın 11-də keçiriləcək iclasda iştirak etməlidir.
Qeyd edək ki, son dövrlərdə irqçi fars rejim azərbaycanlı milli- mədəni fəalları vəhşicəsinə döyməklərlə həbs edib, məhkəmələrə çağırır və ya çağırıb hədələməklə onlara təzyiq göstərir.
Səccad Şəhiri bundan öncə də dəfələrlə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.