İrqçi fars rejim Ermənistanla fövqəladə hallarda köməkləşmək barədə razılaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanda baş tutan İran səfiri Kazem Səcandi və Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyanın görüşü zamanı iki ölkənin fövqəladə hallar zamanı bir-birinə kömək etməsi haqda razılıq əldə olunub.

Həmçinin tərəflər iki ölkənin bu istiqamətdəki orqanlarının əməkdaşlığının perspektivləri barədə müzakirə aparıblar.

Bundan əlavə, fövqəladə hallar sahəsində işğalçı Ermənistanın Fövqəladə Hallar Nazirliyi və İranın Qızıl Aypara cəmiyyətinin birgə təlimlər keçirməsinin mümkünlüyü qeyd olunmuşdu.

Erməni nazir hal-hazırda ölkəsinin bir çox yerində müxtəlif dərəcəli və təhlükəli yanğınların oluşduğunu vurğulayıb.

Nazir həmçinin zərurət yarandıqda İrandan kömək istəyəcəyini əlavə edib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın