
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejim 17 noyabrda Qaşqay türklərinin Sədra şəhərində helikopterlə etiraz edən qaşqayları qətliam etdi.
Bazar günü Sədra şəhərinin imam cüməsinin evini əhatəyə alan etirazçı xalqı Sədra imam cüməsinin damından imam cüməni götürüb göyə qalxan rejimin helikopteri qaşqay türklərini gülləboran edib.
Nəticədə 20 nəfər şəhid olub. Çox sayda isə yaralanan ovar.
Dünyasını dəyişən etirazçılardan ikisi isə Abdulla və Rəsul Qəvimi qardaşları olub. Onlar Şirazın Qəlat kəndindən olduqları üçün ailələri cənazəni həmin kənddə basdırmağa aparıblar. Lakin dünən rejimin məmurları kəndə hücum edərək cənazəni oğurlayıb aparmışlar.
Qeyd edək ki, Sədra şəhəri Qaşqay türklərinin əsas şəhərlərindən biri hesab edilir.