GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejimin Güney Azərbaycanın mədənləri və yeraltı sərvətlərini xam şəkildə qarət etməsi adi hal alıb.
Artıq rejimin Azərbaycana təyin etdiyi yerli rəsmiləri də bu acınacaqlı müstəmləkə siyasəti etiraf etməyə məcbur olurlar.
Şərqi Azərbaycan Sənət, Mədən və Ticarət İdarasinin yeni rəisi Həbib Əminzadə məsələyə etiraf edərək deyib ki, Şərqi Azərbaycanda ölkədəki filiz mədənlərinə sahib olan vilayətlər arasında üçüncüdür. Lakin mədənlər çıxarılaraq xam satılır.
Həbib Əminzadə: “Sarabın nefelin sinet və Süngünün mis mədənlərindən çıxarılan maddələri vilayətdə istehsal üçün istifadə edilməlidir. Buna bağlı istehsal sexləri yaradılmalı və vilayətimizin xam maddə ixracı yerinə emal olunmuş məhsulları ixrac etməlidir. Bu məsələ çoxlu iş yerlərinin açılmasına səbəb olar. Şərqi Azərbaycan uzun müddət Avropaya qapı oldu və ixrac potensialına sahibdir. Buna görə də bu vilayət digər vilayətlərə məhsul ixrac edə bilər. Digər tərəfdən zəfəran, gön ayaqqabı və ərzaq məhsulları Azərbaycana ixrac olur. Lakin istehsalçılar yaxşı qazanc əldə edə bilmirlər. Sistematik şəkildə ixrac olunsa, istehsalçılar üçün yaxşı olar. Buna görə də bizim iş adamlarımız Azərbaycanla müzakirə aparmalıdırlar”.