Cümə , Aprel 17 2026
azfa

İrqçi fars rejim Rusiyanın İran neftini “rus nefti” adıyla satmasını inkar etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejim Rusiyanın İran neftini “rus nefti” adıyla satmasını inkar etməyə çalışır.

Jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Zəngənə iddia edib ki, Rusiyanın İran neftini satmasıyla bağlı yayılan məlumatlar yanlışdır. Zəngənə iddia edib ki, bu şayiəni israillilər yayıblar.

Qeyd edək ki, bundan öncə İsrail mətbuatı Rusiya ilə İran arasında gizli razılaşmanın olduğunu bildirmişdi. Belə ki, bu razılaşmaya əsasən, İran ABŞ sanksiyalarından yayınmaq üçün öz neftini Xəzər dənizi vasitəsilə Rusiya neftayırma zavodlarına göndərəcəkdi. Bundan sonra İran nefti rus nefti kimi bazara çıxarılacaqdı.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın