Çərşənbə , Aprel 24 2024
azfa

İrqçi fars rejim Təbrizin yer altında olan tarixi hissəsini məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan vilayətininin Tarixi Binaların Təmiri və Qoruma Mütəxəssislər Dərnəyi, yaydığı bəyanatda Təbriz şəhərində tarixi binaların məhv olması ilə bağlı xəbərdarlıq verib.

“Əlinizi Təbrizin boğazından çəkin!” başlığı altında yayılan bəyanatda dərnək Valman məhəlləsində şəhər layihəsinin qazıntı əsnasında tarixi binanın aşkarlanmasına toxunaraq şəhər layihələrinin qeyri-elmi şəkildə həyata keçirilməsi və vilayətin mədəni irs idarəsində çalışan qeyri-mütəxəssis heyətin işə cəlb olunmasına etirazını bildirib.

Mədəni İrs İdarəsinin effektiv nəzarət tədbirləri tətbiq etməməsi nəticəsində müxtəlif orqanlar tərəfindən bu şəhərin tarixi əsərləri və abidələrinə müdaxilə olunur.

İyulun 10-da yayıla bəyanatda tarixi bina təmiri mütəxəssisləri, Təbriz şəhərinin tarixi binalar baxımından ölkədə və hətta bənzərsiz olduğunu vuruğulayaraq yazıb:

“Təəssüf ki, Mədəni İrs İdarəsinin effektiv nəzarət tədbirləri tətbiq etməməsi nəticəsində müxtəlif orqanlar tərəfindən bu şəhərin tarixi əsərləri və abidələrinə müdaxilə olunur. Bu tendensiya davam edərsə, şəhər, vilayət və ölkə rəsmiləri bu məsələyə etinasız qalırsa, önümüzdəki illərdə Təbriz şəhərinin tarixi mədəni irsinin tamamilə məhv olmasını gözləməliyik.”

Mədəni İrs İdarəsinin rəsmiləri layihənin Valman məhəlləsində həyata keçirildiyindən xəbərsiz olduqlarını bəyan edib, sonra da bu layihənin dayandırılmasına göstəriş verib.

Tarixi Binaların Təmiri və Qoruma Mütəxəssislər Dərnəyi həmçinin bəyanatda son 30 il ərzində Təbriz şəhər layihələrinin bir çox tarixi binalara zərər yetirdiyini qeyd edib.

Abidələrin 1780-ci ildə baş vermiş dağıdıcı zəlzələdən əvvəlki dövrə təsadüf etdiyi güman edilir.

Abidələrin 1780-ci ildə baş vermiş dağıdıcı zəlzələdən əvvəlki dövrə təsadüf etdiyi güman edilir.

Bəyanatda vilayətin Mədəni İrs İdarəsi sərt tənqid olunub.

“Mədəni İrs İdarısində siyasi və qeyri-mütəxəssis heyətin işə alınması tanınmış və təcrübəli ekspertlərin bu idarənin dışında qalmasına səbəb olub,” bəyanatda deyilir.

Son günlərdə Şərqi Azərbaycan vilayətində Təbrizin köhnə məhəllələrinin birində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın