Çərşənbə , Oktyabr 21 2026
azfa

İrqçi fars rejimin əlaltıları Ərdəbildə tarixi qəbirləri və qəbir daşlarını dağıdırlır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Ərdəbil şəhərinin içərisində yerləşən Qəriblər qəbiristanlığını dağıdılır.

Qəbristanlıqda basdırmağa yer az olsa da, dəfn az da olsa davam edir, lakin əsas məsələ rejimin əlaltılarının qədim məzarları dağıtmasıdır.

Qəriblər qəbiristanlığında çox sayda tanınmış şəxsiyyətlər, ağ saqqallar, sənətçilər, eləcə də İran-Əraq cəngində ölən gənclər basdırılıb.

Bu qəbiristanlıq 1978-ci ildə bölünmüş deyildi. İnqilabdan sonra ortasından yol çəkildi və bununla da çoxlu qədim qəbirlər dağıldı. Bir neçə ay sonra da onun bir hissəsində piyada keçidi salındı və qədim qəbirlərin daha da dağılmasına səbəb oldu.

Rejimin əlaltıları 2 ildən artıqdır ki, Ərdəbil bələdiyyəsinə bağlı Qəbiristanlıqlar Təşkilatında həmin tarixi qəbirləri və tarixi qəbir daşlarının dağıdılmasına çalışırlar.

Ərdəbilin qədim qəbirlərində və təpəliklərində tapılmış tarixi əşya bölgənin tarix, mədəniyyəti və ənənələri öyrənməyə istifadə oluna bilən önəmli vasitələrdir. Lakin rejimin əlaltıları qədim qəbirləri və qəbir daşlarını dağıdırlar.

Həmçinin yoxlayın

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …