Cümə , Oktyabr 23 2026
azfa

BMT İranın sərnişin təyyarəsini vurması ilə bağlı hesabat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT İranın sərnişin təyyarəsini vurması ilə bağlı hesabat yayıb.

BMT-nin insan hüquqları hesabatında bununla bağlı deyilir ki, rəsmi Tehran PS752 reysini yerinə yetiən Ukrayna Beynəlxalq Hava Yolları aviaşirkətinə məxsus təyyarəni vuraraq çoxsaylı insan haqları pozuntusu törədib.

“Rəsmi izahatlardakı uyğunsuzluqlar, böyük ehtimalla, maksimum qarışıqlıq və minimum aydınlıq yaratmaq məqsədi daşıyır. Görünür, onlar düşünülmüş şəkildə çaşqınlıq yaratmağa çalışır.

Buraxılan səhvlərə gəldikdə isə onlar ən azı mülki aerodromun yaxınlığında raket qurğusunun vəziyyəti və yeri nəzərə alınmaqla, tam şəkildə həyata keçirilməli olan standart ehtiyat prosedur və prinsiplərinə etinasız yanaşılmasını nəzərdə tuturlar.

Müvafiq araşdırmaya başlamaq əvəzinə, hakimiyyət orqanları qəza yerinin qarət edilməsinə, daha sonra isə buldozerlərlə dağıdılmasına icazə verdi. Bu da sübutların yığılmasını çətinləşdirib və üzvlərini itirmiş ailələri əvəzsiz xatirələrdən məhrum edib”, – deyə BMT-nin xüsusi məruzəçisi Anyes Kallamar bildirib.

Qeyd edək ki, Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boinq 737-800 təyyarəsi 8 yanvar 2020-ci il tarixində Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Qəza nəticəsində İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olmaqla 176 nəfər ölüb.

İran hərbçiləri Ukraynaya məxsus “Boinq”in təsadüfən vurulduğunu açıqlayıb.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …