Çərşənbə , İyun 7 2023
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Səhənd Məalıya 10 ay həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səhənd Məalıya 10 ay həbs cəzası verdi.

Rejimin məhkəməsi saxta ittihamlarla fəalı şərləyərək “bölücü və millətçi qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib.

Məlumata görə, məhkəmə hökmü qiyabi şəkildə çıxarılıb. Hökm məhkəmə sisteminə uyğun olmayan tərzdə SMS-lə azərbaycanlı fəal Səhənd Məaliyə göndərilib. Lakin fəalın mobil telefonu irqçi fars rejimin təhlükəsizlik orqanları tərəfindən götürüldüyü üçün, o vaxtında hökmdən xəbərdar olmayıb və 3 günlük etiraz fürsətini itirib.

Qeyd edək ki, irqçi fars rejimin əmniyyət qüvvələri Sarab sakini olan Səhənd Məalini iyul ayının 5-də Babək Qalası Qurultayının keçirilməsi zamanı fəalın ata evinə hücum edərək yaxalamışdılar.

Rejimin məmurları həmçinin məhkəmə hökmü olmadan həmin azərbaycanlı fəalın ata evi və iş yerində axtarış aparmış, fəala məxsus komputer və şəxsi əşyaları zəbt etmişdir. İrqçi fars rejimin təhlükəsizlik qüvvələri həmçinin Səhənd Məalinin ailə üzvlərini təhqir edərək, hədələmişlər.

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın