Şənbə , Yanvar 17 2026
azfa

İrqçi fars rejimin nüvə proqramına başlamasına etirazlar artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin  nüvə proqramına başlamasına qarşı dünyada etirazlar artmaqdadır.

Britaniyanın xarici işlər naziri Dominik Raab bununla bağlı deyib: “İranın nüvə sazişinə dair öhdəliklərini azaltmaq istiqamətində 4-cü mərhələni başlatmaq planını Böyük Britaniya milli təhlükəsizliyi üçün təhdid hesab edir”.

 Dominik Raab həmçinin deyib:

“İranın nüvə sazişinə dair öhdəliklərini azaltmaq istiqamətində atmağı planlaşdırdığı son addım müqaviləyə ziddir və milli təhlükəsizliyimiz üçün təhlükə yaradır.

Problemin konstruktiv beynəlxalq dialoq yolu ilə həll edilməsini istəyirik. İrana səslənirik ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və müqaviləyə ziddi addımlardan təcili çəkilsin.”

Qeyd edək ki, Həsən Ruhani Avropa ölkələrinin nüvə razılaşmasıyla bağlı verdikləri sözləri yerinə yetirmədiklərini vəbu səbəbdən sazişə dair öhdəliklərin azaldılması istiqamətində 4-cü mərhələnin 6 noyabrdan “Ford” zavodundakı 1044 sentrifuqaya qaz təzyiqilə başladılacağını bildirib.

Həmçinin yoxlayın

WSJ: “ABŞ İranın Davosda görüş istəyini rədd edib”

GADTB: ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmi ilə görüşmək istəyini …

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

Bir cavab yazın