GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ərəb şəhəri Xorrəmşəhrdə (Əlmuhəmmərədə) gecə yarılarına qədər davam edən əhalinin mitinqinə irqçi fars rejimin qüvvələri vəhşicəsinə atəş açaraq, çox sayda insanı öldürüb və ya yaralamışlar.
Məlumata görə rejimin qüvvələrinin hücumu nəticəsində şəhər müharibə meydanını xatırladır. Şəhər əhalisinin bildirdiyinə görə mitinq iştirakçılarından ən azı 1 nəfər öldürülüb, çox sayda yaralı var. Rejimin qüvvələri həqiq güllələrlə əhalini gülləboran ediblər.
Şəhər qədim muzeyi naməlum şəxslər tərəfindən yandırılıb.
Şəhər tamamilə müharibə meydanına çevrilib və hər tərəfdən alov və tüstü şəhəri bürüyüb.