GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Trampın vəkili, Nyu Yorkun keçmiş meri Rusi Culiyani İran Müqavimət Milli Şurasının konfransında bildirib ki, İran rejimi tezliklə çökəcək.
“Mən inanıram ki, hazırda biz İran rejiminin çökməsini müşahidə edirik”, – Culiyanı bildirib.
Vəkil bildirib ki, İran küncə sıxışıb və azadlıq gözləyir. Culiyani bunu ABŞ-ın nüvə sazişindən çıxması, İranda etiraz aksiyalarının başlaması və milli valyutanın kəskin şəkildə zəifləməsi ilə izah edib.