Çərşənbə , İyun 7 2023
azfa

İşğalçı Ermənistanın əksər şəhərlərində şagirdlər etiraza qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın Şirak vilayətində etirazlar başlayıb. Etirazçılar Şirak vilayət administrasiyasının qarşısına toplaşıb. Aksiyada iştirak edənlərin böyük qismini məktəblilər təşkil edib. Mətbuat aksiya zamanı 1 yeniyetməninin polis tərəfindən həbs edildiyini bildirib.

Şirak vilayətinin mərkəzi sayılan Gümrüdə valideynlərə övladlarını aksiyalara buraxmamaları barədə xəbərdarlıq edilib. Bəzi məktəblərin qapıları qapadılıb və şagirdlərin məktəblərdən çıxışına qadağa qoyulub.

Artıq aksiyalara İrəvandakı bəzi məktəblər də qoşulub. Polis məktəblilərin bir qisminə qarşı zor tətbiq edib.

Ermənistanın Vanadzor şəhərində də aksiyalar start götürüb. Aksiyalar Ayka meydanında başlayıb. Buradakı aksiyaları deputat Zarui Postancyan başladıb.

Postancyan məktəblilərin aksiyalara qoşulmasında heç bir problemin olmadığını bildirib.

Həmçinin yoxlayın

GADTB başqanı Əjdər bəy Tağızadənin “arb24 TV”-də “Təbriz böyük inqilab ərəfəsində: İran Bakıya barışıq üçün yalvarmağa başladı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Bir cavab yazın