İşğalçı Ermənistanın başçısı Paşinyan Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın baş naziri Paşinyan irqçi fars rejimin prezidenti Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür edib.

Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında yer alan məlumata görə Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkəyə səfər edən İran Prezidenti Həsən Ruhani ilə görüşüb. İşğalçı Ermənistanın başçısı Paşinyan Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür etib.

O, Ermənistanın İranın Qarabağla bağlı mövqeyini yüksək dəyərləndirdiyini deyib.

Paşinyan görüş zamanı İran-Ermənistan münasibətlərinin geosiyasi təsirlərindən uzaq qalmalı olduğunu bildirib.

Həsən Ruhani isə öz növbəsində Qarabağ konfliktinin sülh yoluyla, bütün konflikt tərəflərinin mövqeyini nəzərə alaraq həll edilməli olduğunu söyləyib.

Ruhaninin Ermənistana ikigünlük səfəri bu gün axşam başa çatacaq.

Həmçinin yoxlayın

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Axios: Kuşner və Vitkofun təyyarədaşıyan gəmini ziyarət etməsi İrana mesajdır

GADTB: ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral …

Bir cavab yazın