GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı fəal Həkimə Əhmədini 5 aydır həbsdə saxlayır. Rejimin Sepah ETTELAAT-nın məmurları azərbaycanlı fəalı oktyabr ayının 18-də yaxalayıb.
Azərbaycanlı fəal Həkimə Əhmədi Azərbaycan türk millətinin azadlığı üçün gizli ad altında fəaliyyət göstərirdi və rejim ona görə onu həbsə edərək, vəhşicəsinə işgəncəyə məruz qoyub.