İşğalçı fars rejim müharibə anonsunu verdi

rif

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrailin Yaxın Şərq siyasəti tezliklə müharibəyə səbəb olacaq.

Bu iddia ilə Münhendə çıxış edən rejimin xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. “İsrail beynəlxalq qanunları pozaraq Suriyanı bombardman edir. Avropa isə buna susqun yanaşır. Müharibə təhlükəsi getdikcə artır. Əgər Avropa hələ də İsrailin hərəkətlərinə göz yumacaqsa, müharibə riski daha da artacaq”, deyə Zərif bildirib.

Nazir onu da iddia edib ki, İran 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əməl edir. Amma Fransa, Böyük Britaniya və Almaniya Tehranın bu razılaşmadan iqtisadi gəlir əldə etməsinə mane olurlar.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın