Şənbə , Sentyabr 26 2026
azfa

İsrail İranın dünya ictimaiyyətini aldatmasına dair sənədləri yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin baş naziri Naftali Bennet İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məxsus məxfi məlumatları oğurlamasına dair sənədlər yayıb.   

 Bennet bildirib ki, həmin sənədlərdə İranın müxtəlif dövlət orqanlarının MAGATE-ni aldatmaq və yoxlamalardan yayınmaq üçün istifadə etdiyi yollar qeyd edilib.

 Bennet əlavə edib ki, İsrailin İranın bu işlərindən xəbəri olub və birbaşa prosesi izləyib.

 Bennetin yaydığı sənədlər İsrail kəşfiyyatının İranın Kəşfiyyat, Müdafiə Nazirliyi və digər qurumlarından ələ keçirdiyi sənədlərdir. Bu fakt bir daha İsrailin xüsusi xidmət orqanlarının İran daxilinə böyük ölçüdə sıza bilməsini göstərir.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …