Bazar ertəsi , İyun 15 2026
azfa

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə əsasən yaydığı məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir”.

Sənəddə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə birtərəfli qərarı İsrailin 1967-ci ilə Şərqi Qüds də daxil olmaqla, işğal etdiyi Fələstin torpaqlarında apardığı irqi ayrı-seçkilik, etnik təmizlik siyasətinə dəstək verən addım kimi dəyərləndirilir.

Bəyannamədə o vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın